12.08.2020 18:13
524


Fransanın "Renn” klubu növbəti mövsüm Çempionlar Liqasında birbaşa iştirak etmək haqqı qazanıb.
Cempion.az xəbər verir ki, UEFA Avropa Liqasında yarımfinala yüksələn "İnter”, "Mançester Yunayted”, "Şaxtyor" (Donetsk) və "Sevilya” öz çempionatlarında keçən mövsüm əldə etdikləri nəticələrlə Çempionlar Liqasında bir başa iştirak etmə haqqı qazanmışdı. Bu klubların növbəti mərhələyə yüksəlməsi ilə Fransa Liqasının bürünc medalçısı Çempionlar Liqasında birbaşa iştirak edə biləcək.
Belə ki, keçən mövsüm Fransa Liqasında üçüncü pillədə qərarlaşan "Renn” 2020-2021 mövsümündə UEFA Çempionlar Liqasının qruplarında yer alacaq.