şənbə, 28 mart 2026

DÜNYA FUTBOLU

"Qalatasaray"da yeni çalışdırıcı

12.08.2020 19:18 Oxundu 742

İspaniya millisinin keçmiş üzvü Albert Riera məşqçiliyə başlayıb.

Cempion.az "TRT Spor"a istinadən xəbər verir ki, 38 yaşlı veteran futbolçu "Qalatasaray"da çalışacaq. O, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terimin köməkçisi təyin edilib.

 
Xatırladaq ki, ispaniyalı mütəxəssis 2011-2014-cü illərdə "Qalatasaray"da çıxış edib.

Qeyd edək ki, "Malyorka"nın yetirməsi "Bordo", "Espanyol", "Liverpul", "Udineze, "Olimpiakos" kimi klublarda oynayıb.