şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

"Vilyarreal" klubu növbəti transferini açıqlayıb

12.08.2020 19:48 Oxundu 532

İspaniyanın "Vilyarreal" klubu növbəti transferini açıqlayıb.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı sualtı qayıq" "Valensiya"nın yarımmüdafiəçisi Fransis Kokleni transfer edib. 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. "Vilyarreal" bu keçid üçün 8+3 milyon avro təzminat ödəyib.

 Koklen 2018-ci ildə "Arsenal"dan "Valensiya"ya 14 milyon avro qarşılığında keçmişdi.

Qeyd edək ki, fransalı futbolçu ötən mövsüm keçirdiyi 36 oyunda 2 məhsuldar ötürmə edib.