şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

İlk yarımfinalçı məlum oldu

13.08.2020 09:00 Oxundu 541


Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Cempion.az xəbər verir ki, bu mərhələnin matçları Portuqaliyada keçirilir və azarkeşsiz oynanılır. Qarşılaşmalar bir oyundan ibarətdi.

İlk oyun günündə bir qarşılaşma keçirilib. İtaliyanın “Atalanta” klubu Fransa PSJ-si ilə üz-üzə gəlib. Matçın əvvəlində hesabı açan İtaliya klubu son dəqiqələrə qədər hesabda üstün olsa da, Paris təmsilçisi dörd dəqiqə ərzində vurduğu iki ardıcıl qol sayəsində əzmkar qələbə qazanıb. Beləcə, ilk yarımfinalçı PSJ olub.

1/4 finalın digər görüşləri isə “Leyptsiq” – “Atletiko”, “Barselona” – “Bavariya” və “Mançester Siti” – “Lion” arasında olacaq.

Çempionlar Liqası, 1/4 final mərhələsi

12 avqust

''Atalanta'' (İtaliya) – PSJ (Fransa) 1:2
Qol
: Paşaliç, 27 – Markinyos, 90. Çupo-Motinq, 90+3.
Baş hakim: Entoni Teylor (İngiltərə)

13 avqust

23:00 ''Leyptsiq'' (Almaniya) – ''Atletiko'' (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)

14 avqust

23:00 ''Barselona'' (İspaniya) – ''Bavariya'' (Almaniya)

15 avqust

23:00 ''Mançester Siti'' (İngiltərə) – ''Lion'' (Fransa)