şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

Türkiyəli futbolçu ''Xetafe''də

13.08.2020 11:37 Oxundu 614

''Xetafe'' klubu heyətini türkiyəli futbolçu ilə gücləndirib.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İspaniya təmsilçisi icarə əsasında ''Real Valyadolid''də çıxış edən Enes Ünal transferini sonlandırıb. ''Vilyareal''a aid olan futbolçu ilə 5 illik müqavilə imzalanıb. ''Xetafe'' klubu Enes Ünal üçün ''sarılar''a 9 milyon avro ödəyəcək.

Qeyd edək ki, türkiyəli futbolçu keçen mövsüm La Liqada 8 qola imza atıb.