13.08.2020 13:39
577

İspaniyanın “Real” klubunun qolkiperinin forma nömrəsini dəyişib.
Cempion.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belçikalı təcrübəli əlcək sahibi yeni mövsümdə 1 nömrəli formanı geyinəcək. Kurtua ötən mövsüm “Real”da 13 nömrəli formada mübarizə aparırdı.
Qeyd edək ki, 2019/20 mövsümündə “Real”ın “1 nömrə”si PSJ-dən icarəyə götürülən Alfons Areola idi.