cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Premyer Liqada bəzi qaydalar tətbiq ediləcək

13.08.2020 14:38 Oxundu 489

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə koronavirusa görə bəzi qaydalar tətbiq ediləcək.

 Cempion.az xəbər verir ki, bu barədə çempionatın püşkatma tədbirində Peşəkar Futbol Liqasının Texniki-İdman departamentinin rəhbəri Elgiz Abbasov deyib. Qurum rəsmisi yeni mövsüm barədə bəzi məlumatlar verib:

"Bu mövsüm əsasnamə ilə yanaşı, əsasnaməyə əlavə də yazacağıq. Pandemiya ilə əlaqəli qaydalar əlavədə qeyd olunacaq. Əlavəni yazarkən Avropa Peşəkar Futbol Liqaları ilə qarşılıqlı təcrübədən, beynəlxalq qaydalardan yararlanmışıq. İlk dəfə olaraq stadionlarımız zonalara bölünəcək. Əsasnaməyə əlavə tam hazır olan kimi bu barədə bütün ictimaiyyət məlumatlandırılacaq”.