şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

Venger məşhur klubu rədd etdi

13.08.2020 15:38 Oxundu 556

İspaniyanın "Barselona" klubunun rəhbərliyi İngiltərə "Arsenal"ının sabiq baş məşqçisi Arsen Vengerə təklif göndərib. 

Cempion.az "Le10sport" nəşrinə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin təklifini rədd edib. 

Xatırladaq ki, "Barselona" Çempionlar Liqasının 1/4 final mərhələsində Almaniyanın "Bavariya" klubu ilə üz-üzə gələcək. Qarşılaşma avqustun 14-də olacaq. 
Daha əvvəl klubun sabiq futbolçusu Qətərin "Əl Sədd" komandasına rəhbərlik edən Xavinin baş məşqçi təyin ediləcəyi iddia edilib. 

Qeyd edək ki, Arsen Venger 1996-cı ildən rəhbərlik etdiyi "Arsenal"ı 2017/2018 mövsümünün sonunda tərk edib. "Barselona"nın hazırkı baş məşqçisi Kike Setyenlə müqaviləsi 2022-ci ilin yayında başa çatır.