şənbə, 02 avqust 2025

BİZİM FUTBOL

“Səbail”də ayrılıq

14.08.2020 09:00 Oxundu 584

“Səbail” qapıçısı Aleksandr Rıbka ilə yollarını ayırıb.

Cempion.az xəbər verir ki, bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. 33 yaşlı qolkperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Paytaxt təmsilçisi göstərdiyi xidmətlərə görə qapıçıya təşəkkür edib və uğurlar arzulayıb.

Qeyd edək ki, A.Rıbka 2019-cu ildən “Səbail”də çıxış edirdi.