şənbə, 02 avqust 2025

BİZİM FUTBOL

"Zirə"nin transfer planı

14.08.2020 10:09 Oxundu 621

Transfer çalışmalarını davam etdirən "Zirə" qapıçı axtarışındadır.

Cempion.az xəbər verir ki, Bakı klubu əcnəbi qolkiperi transfer etmək istəyir. Mövsümlərarası fasilədə Emil Balayev, Boyan Zoqoviç və Orxan Sadıqlı ilə yollarını ayıran qəsəbə təmsilçisi Seneqal millisinin sabiq qapıçısı Klement Diopla maraqlanır. Baş məşqçi Rəşad Sadıqovun ixtiyarında görmək istədiyi 26 yaşlı oyunçu ilə ilkin danışıq da olub. Hazırda MLS klubu "Montreal İmpakt"ın formasını geyinən Diop əsas heyətə düşə bilmədiyindən, komandasını dəyişməyi planlaşdırır. "Zirə" nin təklifinə hələlik konkret cavab verməyən "Amyen"in yetirməsi ilə danışıqlar davam etdirilir.

Qeyd edək ki, karyerası ərzində "Amyen", "Los Anceles Qalaksi" və "Montreal İmpakt"da çıxış edən Klement Diopun hazırkı klubu ilə müqavilə müddəti bu ilin sonuna qədərdir. Diop 2017-ci ildə qısa müddət Seneqal millisinə çağırılıb.