şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

Vedat Muriç Avropa klublarının hədəfində

14.08.2020 12:26 Oxundu 584

''Latsio'' klubu kosovalı hücumçu ilə heyətini gücləndirmək istəyir.

Cempion.az ''Corriere dello Sport'' nəşrinə istinadən xəbər verir ki. İtaliya təmsilçisi futbolçu üçün Türkiyənin ''Fənərbağça'' klubuna təklif göndərib. İlk olaraq ''Latsio'' rəsmiləri Vedat Muriç transferi üçün qarşı tərəfə 16+2 milyon avro təklib edib. İstanbul təmsilçisi isə bu məbləği artırmağı düşünür. Buna səbəb ''Fənərbağça'' klubu Muriç transferindən gələn məbləğin 15 faizini ''Çaykur Rizəspor''a verməlidir.

Xəbərdə bildirilir ki, İtaliyanın digər təmsilçisi ''Roma''da kosovalı hücumçu ilə yaxıbdan maraqlanır və Muriçə 3 illik müqavilə təklif olunub.