şənbə, 02 avqust 2025

BİZİM FUTBOL

Vukçeviç Azərbaycan klubunda

14.08.2020 14:22 Oxundu 617


“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Cempion.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

“Qırmızı-qaralar” monteneqrolu yarımmüdafiəçi Stefan Vukçeviçi heyətinə qatıb. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Karyerasına 2013-cü ildə başlayan Vukçeviç indiyədək yalnız bir klubda çıxış edib. O, vətənində “Zeta”nın şərəfini qoruyub. Vukçeviç Monteneqronun yüksək dəstəsində ümumilikdə 173 oyuna 4 qol vurub. O, 2019/20 mövsümündə 28 görüşdə 1 dəfə fərqlənib. “Zeta”nın heyətində avrokuboklarda da çıxış etmiş müdafiəçi Monteneqronun U-17, U-19 və U-21 yığmalarının formasını geyinib.

Xatırladaq ki, “Qəbələ” daha öncə Cavid Hüseynov və Yurgen Qoxa heyətinə qatıb.