14.08.2020 16:10
598


''Milan'' klubu türkiyəli futbolçu ilə müqavilə yeniləməyə hazırlaşır.
Cempion.az xəbər verir ki, bu barəda italiyalı jurnalist Kalsio Merkato məlumat verib. O bildirib: ''Hakan Çalhanoğlunun Milanla hələki bir illik müqaviləsi var. Buna baxmayaraq italyanlar təcrübəli futbolçu ilə 2024-ci ilə qədər müqavilə imzalamaq istəyirlər. Buna səbəb Çalhanoğlunun pandemiyadan sonra A Seriasındakı göstərdiyi oyundur''.
Qeyd edək ki, ulduz oyunçu bu mövsüm 38 maçta 11 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.