14.08.2020 16:41
564


"Fənərbaxça" növbəti transferini bitirmək üzrədir.
Cempion.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Trabzonspor"la müqaviləsi başa çatan Xose Sosanı rənglərinə bağlayacaq. "Sarı-lacıvərdli" klubun 2+1 illik müqavilə təklifini qəbul edən argentinalı yarımmüdafiəçi tezliklə İstanbula yollanacaq.
Qeyd edək ki, 35 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 42 oyunda 10 qol vurub, 12 məhsuldar ötürmə edib.