bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

Pirlonun "Yuventus"dan tələbi

14.08.2020 17:10 Oxundu 589


"Yuventus"un yeni baş məşqçisi Andrea Pirlo heyətə əl gəzdirməyə hazırlaşır.

Cempion.az "Goal" nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis argentinalı hücumçu Qonsalo İquainlə almaniyalı yarımmüdafiəçi Sami Xediranı gələcək planlarında görmür.

Bu səbəbdən italiyalı çalışdırıcı rəhbərlikdən hər iki oyunçunun satılmasını istəyib.

Qeyd edək ki, Xedira 2015-ci ildən "Yuventus"da çıxış edir. İquain isə 2016-cı ildə 94 milyon avroya "Napoli"dən "qoca sinyora"ya keçmişdi.