bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

"Fənərbaxça"nın hücumçusu İtaliya klubunda

14.08.2020 17:40 Oxundu 586

"Latsio" "Fənərbaxça"nın hücumçusu Vedat Muriçi transfer edib.

 Cempion.az "La Gazetta dello Sport"-a istinadən xəbər verir ki, Roma təmsilçisi bu keçid üçün 18,15 milyon avrosundan keçib.

Əgər paytaxt klubu növbəti mövsüm A Seriyasında çempion olsa İstanbul təmsilçisinə 2,5 milyon avro bonus ödəyəcək. 2-ci yer 1,5 milyon, 3-cü pillə 1 milyon, 4-cülüyün bonusu isə 0,5 milyon avro təyin olunub. Növbəti satışdan "sarı-lacıvərdli" kluba pay ödəniləcək.

Qeyd edək ki, məbləğin 15 faizi ''Rizəspor'' klubuna veriləcək.