15.08.2020 13:25
605

İspaniyanın “Barselona” klubu baş məşqçisi Kike Setyenlə yollarını ayırıb.
Cempion.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Setyenin baş məşqçi postundan göndərildiyi və buna səbəb Çempionlar Liqasında mübarizəni dayandırması olub.
Xatırladaq ki, “Barselona” dünən dünyanın bir nömrəli klub turnirinin 1/4 final mərhələsində “Bavariya”ya 2:8 hesabıyla məğlub olaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, 2020-ci ilin yanvarından “Barselona”nı çalışdıran Setyenin müqaviləsi 2022-ci ilin yayına qədərdir.