15.08.2020 13:55
553


Argentinalı hücumçu və "Barselona" nın kapitanı Lionel Messi karyerasının ən böyük məğlubiyyətini yaşayıb.
Cempion.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 finalında Kataloniya komandasının tərkibində Messi "Bavariya" ya 2:8 hesabı ilə məğlub olub. Bu məğlubiyyət onun həm klubda, həm də milli komandada karyerasının ən pis dövrü olub.
Qeyd edək ki, bundan əvvəl 33 yaşlı hücumçu üçün ən böyük məğlubiyyət 2009-cu ildə Argentina millisinin tərkibində Boliviyaya qarşı olmuşdu (1:6).