bazar, 03 avqust 2025

BİZİM FUTBOL

Elmar Baxşıyev: ''Ümumi hazırlığımızı istədiyimiz kimi başa vurduq''

15.08.2020 14:55 Oxundu 571


“Qəbələ” 2020-2021-ci illər mövsümünə hazırlıq çərçivəsində keçirilən yoxlama oyununda “Neftçi” ilə üz-üzə gəlib.

Cempion.az xəbər verir ki, “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev qarşılaşma (1:2) barədə fikirlərini klub saytına açıqlayıb: 

“Çempionata hazırlıq çərçivəsində son yoxlama oyunumuzu keçirdik. Ümumi hazırlığımızı istədiyimiz kimi başa vurduq. Oyundan-oyuna komanda istədiyimizi meydanda göstərməyə başlayır. Heyətə yeni qoşulan oyunçular var və getdikcə onların komandaya faydaları dəyəcək. Əlbəttə, güclənməyə ehtiyac var və bu yöndə axtarışlarımız davam edir”.