bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

"Bavariya" onunla bağlı qərarı verdi

15.08.2020 16:59 Oxundu 605

"Bavariya" İvan Perisiçlə bağlı qərarını verib.

Cempion.az xəbər verir ki, Münhen klubu "İnter"dən icarəyə götürdüyü yarımmüdafiəçini transfer etmək niyyətindədir.

Almanlar 31 yaşlı xorvatiyalı üçün Milan təmsilçisi ilə danışıqlara artıq start verib. "Neradzurra" isə oyunçusunun satışından 20 milyon avro qazanmaq niyyətindədir.

Qeyd edək ki, İvan Perişiç geridə qalan mövsüm Bundesliqada 22 oyun keçirib, 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.