bazar, 03 avqust 2025

BİZİM FUTBOL

“Sumqayıt”da yeni futbolçu

15.08.2020 17:19 Oxundu 566


“Sumqayıt” klubu heyətini yeni futbolçucəlb edib.

Cempion.az xəbər verir ki, “kimyaçılar” Kərəm Sultanovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sumqayıt” 24 yaşlı müdafiəçiylə 1+1 illik müqavilə imzalayıb.

Azərbaycan əsilli futbolçu Qazaxıstanın U-21 millisində çıxış edib. Son klubu “Kaspi” (Aktau) olan Kərəm, Qazaxıstanın “Kızıl-Jar” komandasının da formasını geyinib.