bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

Caqne ilə bağlı qərar verildi

15.08.2020 18:50 Oxundu 568

"Qalatasaray" Mbaye Caqne barədə qərarını verib.

Cempion.az xəbər verir ki, İstanbul təmsilçisi seneqallı hücumçunu komandada saxlayacaq. Bu qərarı "aslanlar"ın baş məşqçisi Fatih Terim verib. Təcrübəli mütəxəssis forvardı Falkaonun əvəzləyicisi olaraq düşünür.

Qeyd edək ki, ötən mövsüm 16 qarşılaşmada meydana çıxan kolumbiyalı mövsümün yarısını zədəli olaraq keçirdi. Bu səbəbdən də Fatih Terim eyni problemin yenidən yaşanmaması üçün Caqneni komandada saxlayıb.