bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

''Beşiktaş''ın yeni hədəfi

16.08.2020 14:05 Oxundu 616

Türkiyənin ''Beşiktaş'' klubu heyətini gücləndirməyə çalışır.

Cempion.az ''TRT Spor''a istinadən xəbər verir ki, Çempionlar Liqasının təsnifat mərhələsində PAOK ilə qarşılaşacaq olan ''qara qartal''lar transfer çalışmalarını davam etdirir. Türkiyə təmsilçisi İtaliyanın ''Roma'' klubunda forma geyinən Davide Santon ilə yaxından maraqlanır. ''Beşiktaş'' klubu sol cinah oyunçusunu icarə əsasında komandaya cəlb etmək istəyir. Futbolçu ilə ilkin razılığın da əldə olunduğu bildirilir. Xəbərdə, klublar arasında danşıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, Santon 2018-ci ildə ''Nyukasl Yunayted''dən 18 milıyon avroya ''Roma''ya transfer olub.