16.08.2020 15:50
680


''Sassulo'' klubu heyətini türkiyəli futbolçu ilə gücləndirib.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İtaliya təmsilçisi Almaniyanın ''Fortuna'' klubunda forma geyinən Kaan Ayhanı heyətinə cəlb edib. ''Sassulo'' tərəfindən transferin maliyyət dəyəri açıqlanmasa da, İtaliya mətbuatında 25 yaşlı müdafiəçi üçün Almaniya klubuna 2,5 milyon avronun ödənildiyi qeyd edilib.
Xatırladaq ki, Kaan Ayhan 2016-cı ildə ''Frankfurt''dan ''Fortuna''ya transfer olub.
Qeyd edək ki. keçən mövsüm cinah müdafiəçisi 34 oyunda 2 qolla yadda qalıb.