bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

''Beşiktaş''dan növbəti transfer

16.08.2020 17:22 Oxundu 578


''Beşiktaş'' rəhbərliyi uzun vaxtdır maraqlandığı Bernard Mensah ilə razılıq əldə edib.

Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, transfer üçün ''Kayserispor'' kulubu ilə də razılıq əldə olunub.

Qanalı futbolçuyu 1 illiyinə icarəyə götürən ''Beşiktaş'' ''Kayserispor''a 500 min avro ödəyəcək. Mensahın satın alma qiyməti isə 4,5 milyon avro olacaq.

Qeyd edək ki, ''siyah-beyaz''lı komanda baş məşqçi Sergen Yalçının da çox istediyi Bernard Mensah ilə önümüzdəki həftə içində rəsmi müqavilə imzalayacaq.