bazar, 03 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ”ın rəqibi Bakıya yollandı

17.08.2020 10:44 Oxundu 562


Sabah Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Sileks” (Şimali Makedoniya) klubu Bakıya yollanıb.

Cempion.az xəbər verir ki, bu barədə “Sportmedia” nəşri məlumat yayıb. Xəbərdə, “Sileks”in çarter reysi ilə Bakıya yollandığı bildirilib.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” matçı saat 20:00-da start götürəcək. Cütün qalibi 2-ci mərhələdə “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.