bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

''Leyptsiq''in yeni hədəfi

17.08.2020 12:15 Oxundu 542

''Leyptsiq'' ''Trabzonspor''un futbolçusu ilə maraqlanır.

Cempion.az ''TV 2''-yə istinadən xəbər verir ki, Almaniya təmsilçisi Türkiyə klubunda forma geyinən hücumçu Aleksandr Sorlotı transfer etmək istəyir. Norveçli oyunçu ilə hər mövzuda razılığa gələn Leyptsiq klubunun yaxın günlərdə transferi açıqlayacağı gözlənilir. Almanlar ''Çelsi''yə transfer olan Timo Vernerin yerini Sorlotun dolduracağına ümid edirlər.

Qeyd edək ki, bu mövsüm Türkiyə Superliqasında 34 oyuna çıxan hücumçu 24 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.