bazar, 03 avqust 2025

BİZİM FUTBOL

Yığmamızın keçirəcəyi oyunların stadionları müəyyənləşib

17.08.2020 13:45 Oxundu 580


21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.

Cempion.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Azərbaycan millisi oktyabrın 8-də Nitra şəhərindəki “Nitra” stadionunda Slovakiya, oktyabrın 13-də isə Qori şəhərindəki Tengiz Burcanadze adına stadionda Gürcüstan yığması ilə qarşılaşacaq.