bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

‘’Lion’’ almanlarla surpiriz edə biləcək?

19.08.2020 13:06 Oxundu 659

Avqustun 19-ı Bakı vaxtı ilə 23:00-da Çempionlar Liqasının yarımfinalında ‘’Lion’’ ‘’Bavariya’’ ilə qarşılaşacaq.

Cempion.az xəbər verir ki, artıq İtaliya və ingilis nəhənglərini təəccübləndirməyi bacaran fransız klubu Bundesliqa təmsilçisi ilə necə oyun göstərəcəyi maraqla gözlənilir.
Çempionlar Liqasının çətin qrupundan çıxan ‘’Lion’’ əvvəlcə ‘’Yuventus’’u məğlub edərək hər kəsi təəccübləndirdilər. Sonra Qvardiolanın baş məşqçilik etdiyi ‘’Mançester Siti’’ni diz çökdürdülər. Yenə də Avropanın nəhəng klubu ilə üz-üzə qalan fransızlar tarix yaza biləcəklər?
Kataloniya klubundan əvvəl Bundesliqa klubu London təmsilçisi ‘’Çelsi’’yə də eyni aqibəti yaşatdılar. Hans Flikin rəhbərlik etdiyi ‘’Bavariya’’nın zəif nöqtəsini görmək mümkün deyil.

Xatırladaq ki, 2009-2010 mövsümünün yarımfinalında Almaniya təmsilçisi evdə ‘’Lion’'u (1-0), səfərdə isə 3 cavabsız qolla məğlub ediblər.

Qeyd edək ki, ‘’Bavariya’’ bu mövsüm ÇL-da 39 qolla yadda qalıblar. 

Hər iki klubun bu mövsüm ÇL-nın qrup mərhələsindəki statistik göstəricilərini təqdim edirik:

‘’Lion’’ 2 qələbə, 2 məğlubiyyət, 2 heç-heçə

‘’Bavariya’’ 6 oyun, 6 qələbə

‘’Lion’’ 8 qol vurub, 7 top qapısında görüb

‘’Bavariya’’ 24 dəfə rəqib qapısına yol tapıb, 5 dəfə məyus olublar

Hər iki klub arasında 5 qarşılaşma olub, bütün oyunları Almaniya təmsilçisi qazanıb.