17.08.2020 18:14
525


İngiltərə millisinin keçmiş qapıçısı Co Hartın yeni klubu müəyyənləşib.
Cempion.az "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, "Börnli"dən ayrılan 33 yaşlı qolkiper Premyer Liqanın digər təmsilçisi "Tottenhem"lə razılığa gəlib. London təmsilçisi yeni transferi tezliklə açıqlayacaq.
Xatırladaq ki, Hart "Mançester Siti", "Birmingem", "Torino" və "Vest Hem" kimi klublarda çıxış edib. O, 2018-ci ildə "Börnli"yə keçib.
Qeyd edək ki, təcrübəli qapıçı İngiltərə millisində 75 oyuna çıxıb.