17.08.2020 19:44
704


Edinson Kavani "Benfika”ya transfer olunur.
Cempion.az xəbər verir ki, oyunçunun meneceri olan qardaşı uruqvaylı fitbolçunun Portuqaliya klubu ilə razılışdığını bildirib.
"Benfika” ilə baş tutan görüşmələrdə razılışma nöqtəsinə gəldik. Ancaq hələ rəsmi olaraq imzalar çəkilməyib”, — deyə oyunçunun qardaşı Valter Quqlemon qeyd edib.
PSJ-də 7 illik karyerası ərzində 200 qol vuraraq klub tarixinin ən güclü oyunçusuna çevrilən Kavani fransız klubunda 6 dəfə liqa çempionu olub.