18.08.2020 09:52
541

İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi “Lill”dən Qabrieli transfer etməyə yaxındır. “Arsenal” 22 yaşlı müdafiəçi üçün Fransa klubuyla 28 milyon avro qarşılığında razılaşıb. “Topçular” yaxın zamanda braziliyalı futbolçunun keçidini açıqlayacaq.
Qeyd edək ki, 2017-ci ildən “Lill”də çıxış edən Qabriel son mövsümdə Liqa 1-də 24 oyunda iştirak edib.