bazar, 03 avqust 2025

BİZİM FUTBOL

''Qarabağ'' ilk oynuna çıxacaq

18.08.2020 10:56 Oxundu 626


Bu gün UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün ilk təsnifat mərhələsinə start veriləcək.

Cempion.az xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə bu mərhələdə başlayacaq.

Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək.

Təsnifat mərhələsinin oyunları bir oyundan ibarət olacaq. “Qarabağ” “Sileks”i məğlub etsə, növbəti mərhələdə “Şerif” – “Fola Eş” cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

18 avqust

20:00 ''Qarabağ'' – ''Sileks'' (Şimali Makedoniya)
Baş hakim: Yaroslav Kozık (Ukrayna)