bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

Bu gün ilk finalçı məlum olacaq

18.08.2020 14:06 Oxundu 595


Bu gün PSG və Almaniyanın ''Leyptsiq'' klubları qarşı-qarşıya gələcək.

Cempion.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lisbondakı 65 min nəfərlik tutuma sahib olan ''Luz Arena''da oynanacaq qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək. 

Oyunu Niderland təmsilçisi Byörn Kuipersi idarə edəcək. Baş hakimin köməkçiləri isə Sander Van Roykel və Ervin Zeinstra olacaq.

Tarixində ilk dəfə yarımfinala çıxan ''Leyptsiq'' ilə 1995-ci ildən bəri ilk dəfə yarımfinal bileti alan PSG-nin Almaniya təmsilçisi ilə Avrokuboklarda ilk qarşılaşması olacaq.

''Leyptsiq'' fransız klublarına qarşı Avrokuboklarda oynadığı 6 maçta 2 qalibiyyet, 2 bərabərlik və 2 məğlubiyyet yaşayıb.

PSG isə Almaniya təmsilçilərinə qarşı 17 qarşılaşmanın 10-nunda meydandan qalibiyyətlə ayrılarkən, 2 dəfə də bərabərə qalıb.

Qeyd edək ki, ''Leyptsiq''in 33 yaşındaki almançalışdırıcısı Xulian Naqelsmann gənc baş məşqçi kimi Çempionlar Liqasının tarixinə düşüb.