18.08.2020 15:07
672

''Qalatasaray''da transfer çalışmaları davam edir.
Cempion.az xəbər verir ki, dayaq yarımmüdafiəni güçləndirmək istəyən rəhbərlik Mario Leminanı heyətə cəlb etmək istəyir. Qabonlu futbolçu ilə illik 1,4 milyon avro üzərindən razılığa gələn ''sarı-qırmızılı''lar ''Southempton'' klubu ilə görüşmələri davam .etdirir.
Xəbərdə bildirilir ki, klublar arasında danışıqlar müsbət nəticələnsə, Lemina qısa zamanda ''Qalatsaray''la məşqlərə başlayacaq.
Qeyd edək ki, əgər qabonlu yarımmüdafiəçi və Seri komandadan ayrılmaq istəsələr, o zaman ''cim-bom'' Yakub Molder və Mehmet Ekici ilə danşıqlara başlayacaq.