bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

 ''Stok Siti''dən yeni transfer

18.08.2020 16:07 Oxundu 594


İngiltərənin ''Stok Siti'' klubu heyətinə yeni futbolçu cəlb edib.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Çempionşipdə mübarizə aparan və gələn mövsüm Premyer Liqaya vəsiqə qazanmaq istəyən ''Stok Siti'' transfer çalışmalarını davam etdirir. 33 yaşındaki Obi Mikeli transfer edən İngiltərə klubu müqavilənin şərtləri ilə bağlı məlumat verməyib.

Qeyd edək ki, Nigerya yığmasında 91oyuna çıxan Mikel ''Trabzonspor''un, ''Çelsi''nin, ''Tianjin'' TEDA və ''Middlesbro'' klublarında çıxış edib.