bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

''Trabzonspor''dan növbəti transfer

18.08.2020 17:37 Oxundu 563


Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən ''Trabzonspor'' daha bir futbolçunu heyətinə cəlb etməyə hazırlaşır.

Cempion.az xəbər verir ki, Qaradəniz klubu  Brazilyanın ''Bahia'' klubunda oynayan dayaq yarımmüdafiəçisi Flavio ilə razılığa gəlib. Klublar arasında davam edən danışıqlarda hansısa problem yaşanmasa, qarşıdakı günlərdə ''Trabzonspor''un transferi açıqlayacağı gözlənilir.

Qeyd edək ki, ''Trabzonspor'' daha önce Anders Trondsen, Edqar Ii, Marlon Xavier və Stiven Plaza ilə müqavilə imzalayıb.