bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

“Mançester Siti” Bravo ilə yollarını ayırıb

18.08.2020 18:07 Oxundu 575


İngiltərənin “Mançester Siti” klubu qapıçısı Klaudio Bravo ilə yollarını ayırıb.

Cempion.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

37 yaşlı qolkiperlə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, 2016-cı ilin avqustundan “Mançester Siti”də oynayan Bravo, “şəhərlilər”in heyətində 61 oyunda meydana çıxıb.