18.08.2020 18:37
574
574

“Mançester Siti”dən ayrılan David Silvanın yeni klubu müəyyənləşib.
Cempion.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi karyerasını “Real Sosyedad”da davam etdirəcək. Bu barədə La Liqa təmsilçisinin saytı məlumat yayıb. Onunla 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, ispan oyunçunun adı “Valensiya” və “Latsio” ilə də hallanırdı.
Qeyd edək ki, D.Silva 10 ildir “Mançester Siti”də oynayırdı. O, 2019/2020 mövsümündə 40 matçda 7 qol vurub və 10 qolun ötürməsini verib.