bazar, 03 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ” rəqibini darmadağın etdi

18.08.2020 21:50 Oxundu 2066

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.


Cempion.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” doğma meydanda Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi ilk dəqiqələrdə oyuna sürətli başlayıb və qarşılaşmanın 11-ci dəqiqəsində Romeronun qolı ilə önə çıxıb. Görüşün 39-cu dəqiqəsində Geryə növbəti dəfə qonaq komandanı məyus edib. Haitili sol cinah müdafiəçisi qarşılaşmanın 52-ci qəqiqəsində dubl edib. Mahirin vurduğu 4-cü qol qarşılaşmada sonuncu olur. Oyun "Qarabağ"ın inamlı qələbəsi ilə başa çatıb - 4:0.

Mərhələ bir oyundan ibarət olduğuna görə “Qarabağ” növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Ağdam təmsilçisi 2-ci turda  “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.


Çempionlar Liqası

1-ci təsnifat mərhələsi


20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) 
Qol:
 Xayme Romero, 11, Donald Gerye, 39, 52, Mahir Mədətov, 80
Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu