bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

PSJ finalda

19.08.2020 01:08 Oxundu 569


Bu gün  Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Cempion.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.  Almaniya "Leyptsiq"i  Lissabondakı "Eştadiu da Luş" stadionunda Fransa PSJ-si ilə qarşılaşıb. Matç Paris təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda tarixində ilk dəfə olaraq ÇL-in  finalına yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər görüşündə sabah "Lion"la "Bavariya" üz-üzə gələcək.  ÇL-in finalı isə avqustun 23-ü keçiriləcək.

18 avqust

23:00. "Leyptsiq" (Almaniya)  - PSJ (Fransa) - 0:3
Qollar: 
Markinyos, 13, Di Mariya, 42, Xuan Bernat, 56
Baş hakim: Byörn Kuypers

19 avqust

23:00. "Lion" (Fransa) - "Bavariya" (Almaniya)
Baş hakim: Mateu Lahoz