bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

"Barselona”nı çalışdıracağını açıqladı

19.08.2020 09:36 Oxundu 575

"Barselona”nın yeni baş məşqçisi olacağı gözlənilən Ronald Kuman açıqlama verib.

 Cempion.az xəbər verir ki, 57 yaşlı mütəxəssis məlumatları təsdiq edib: "Barselona"nı çalışdırmaq istəyirəm və bunu gizlətmək fikrim yoxdur. Ancaq rəsmi müqavilə imzalanmayıb. Buna görə də danışmağım doğru olmaz".

Niderland millisinin baş məşqçisi istefaya göndərilən Kike Setyeni əvəz edib. Onunla 2 illik anlaşma əldə edilib. Rəsmi açıqlama bu gün elan olunacaq. Təcrübəli mütəxəssisin Niderland millisindən ayrılacağı gözlənilir.

 Qeyd edək ki, Kuman 1989-1995-ci illərdə "Barselona”da çıxış edib. O, 2018-ci ildən Niderland yığmasını çalışdırır.