bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

Gənc futbolçu Fransa klubunda

19.08.2020 10:06 Oxundu 604


Fransanın ''Lion'' klubu türkiyəli müdafiəçi ilə heyətini gücləndirib.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyənin 21 yaşlardan ibarət yığmasında forma geyinən 19 yaşındaki Cenk Özkaraca ''Lion'' klubunun şərəfini qoruyacaq. ''Altay'' klubundan transfer edilən futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Transfer 1,5 milyon avro qarşılığında baş tutub, əgər Cenk ''Lion''da özünü yaxşı tərəfdən göstərə bilsə, Fransa klubu əlavə 1,5 milyon avro ödəməli olacaq. Ayrıca ''Altay'' klubu müdafiəçinin gələcəkdəki transferindən də 10 faiz alacaq.