19.08.2020 11:06
579


"Fənərbağça" növbəti transferini tamamlayıb.
Cempion.az xəbər verir ki, İstanbul təmsilçisi "Trabzonspor"la müqaviləsi başa çatan Xose Sosanı rənglərinə bağlayıb. Argentinalı yarımmüdafiəçi "sarı-lacıvərdli" klubla iki illik anlaşıb.
Sosanın illik maaşı 1,5 milyon avro olacaq. O, "Fənərbağça"dan 1,5 milyon avro imza pulu da alacaq.
Qeyd edək ki, 35 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 42 oyunda 10 qol vurub, 12 məhsuldar ötürmə edib.