19.08.2020 12:36
674


UEFA-nın yeni reytinqi açıqlanıb.
Cempion.az xəbər verir ki, keçirilən 6 oyundan sonra cədvəldə dəyişikliklər olub. Çempionlar Liqasının 1-ci turunda dünən “Sileks”ə (Şimali Makedoniya) 4 cavabsız qolla qalib gələn “Qarabağ” Azərbaycanın xalını artırıb və mövqeyini yüksəldib.
Aktivinə 0,375 xal yazan Azərbaycan son beş mövsümün nəticələrinə əsasən 14.750 xalla 26-cı yerdən 24-cü pilləyə yüksəlib. Buna həm də Qazaxıstanın Çempionlar Liqasındakı təmsilçisi "Astana"nın Belarus "Dinamo"suna məğlubiyyəti (3:6) səbəb olub.
Ölkəmizi Qazaxıstan (25), Norveç (26) və Rumıniya (27) izləyir. 23-cü yerdə olan Bolqarıstan isə Azərbaycanı 1.625 xal qabaqlayır.
Qeyd edək ki, siyahıda İspaniya 1-ci, İngiltərə 2-ci, İtaliya 3-cüdür.