bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

Niderlandda baş məşqçi dəyişikliyi

19.08.2020 15:44 Oxundu 570


''Barselona'' ilə razılığa gələn Niderlandın baş məşqçisi Koman istefa verib.

Cempion.az Niderland mətbuatına istinadən xəbər verir ki, O, bildirib: ''Vəzifədə olduğum zaman ölkənin uğurları üçün əlimdən gələni etmişəm. Hər kəs də ''Barselona''nın mənim üçün nə qədər önəmli klub olduğunu bilir. Çoxdandır ki,  Kataloniya təmsilçisindən gələcək təklifi gözləyirdim. Artıq uşalıq komandamın baş məşqçisiyəm''.

Xəbərdə bildirilir ki, Komanın yerinə müvəqqəti olaraq Dviqt Lodeveqes gətrilib.

Qeyd edək ki, 2018-ci ilin fevralında Niderland yığmasına gətrilən Ronald Kuman 20 maçta 11 qələbə, 5 bərabərlik ve 4 məğlubiyyət yaşayıb.