bazar, 03 avqust 2025

BİZİM FUTBOL

"Qarabağ"ın növbəti oynunun vaxtı açıqlandı

19.08.2020 16:00 Oxundu 634


"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki matçına hakim təyinatları açıqlanıb.

Cempion.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı qazaxıstanlı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Furkat Atajanov olacaq. Ona yan xətdə həmyerliləri Sergey Kalaçyov və Darhan Tulegenov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Qrigori Moskovçenko yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" 2-ci təsnifat mərhələsində bu gün keçiriləcək "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə üz-üzə gələcək.

Avqustun 26-da  Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək.