19.08.2020 17:00
576


Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib.
Cempion.az klubun saytına istinadən xəbər verir ki, ''kimyaçılar'' ispan mütəxəssis Jerar Merino Elqarrista ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gələcək. Avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək matç saat 20:00-da başlanacaq.