bazar, 03 avqust 2025

DÜNYA FUTBOLU

Sabiq "Yuventus"lu "Fənərbağça"da

19.08.2020 18:00 Oxundu 568


Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Cempion.az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi "Twitter" hesabı məlumat yayıb ki, komanda son olaraq "Kasımpaşa"da çıxış edən Mame Baba Tiamı heyətinə qatıb.

28 yaşlı seneqallı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki,Mame BabaTiam 2014 - 2017-ci illərdə müqavilə ilə İtaliya "Yuventus"una məxsus olub. Afrikalı oyunçu əsas komandada debüt edə bilməyib və müxtəlif klublaraicarəyə verilib.