bazar, 03 avqust 2025

BİZİM FUTBOL

“Qəbələ”nin brazilyalını transfer etmək istəyi baş tutmayıb

19.08.2020 18:30 Oxundu 533

“Qəbələ” klubunun braziliyalı futbolçu transfer etmək istəyi baş tutmayıb.

Cempion.az xəbər verir ki, komanda bu ölkənin  "Vitoriya" klubunun futbolçusu  Eronildo  dos Santos Roşanı heyətinə qatmaq istəsə də, anlaşma baş tutmayıb. "Qəbələ" 22 yaşlı hücumçunu icarəyə götürmək istəyib. Ancaq bölgə təmsilçisinin təklifi  "Vitoriya"nı razı salmadığından Roşanın “Qəbələ”yə keçidi alınmayıb. 

Qeyd edək ki, Eronildo dos Santos Roşa Braziliyanın U-17 yığmasının formasını geyinib.